"Neftçi"nin futbolçusu Hüqo Barqas Topaz Premyer Liqanın 18-ci turunda "Sumqayıt"la oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, görüşlə bağlı fikirlərini bildirib.
- Son dəqiqələrdə vurduğun qolla komandana qələbə qazandırdın...
- Matçın başlarında işimizi çətinə saldıq. Daha erkən qol vurmağa çalışdıq və bunu bacarmadıq. İkinci hissədə də hücuma atıldıq, amma rəqib komandanın qolkiperi yaxşı oyun göstərdi, onu da təbrik edirəm. Lakin oyunun sonlarında istəyimizə çatdıq, qələbə qolunu vurduq.
- Hava şəraiti oyununuza nə dərəcədə təsir etdi?
- Təbii ki, hava şəraiti oyunumuza xeyli təsir etdi. Buna baxmayaraq, irəli atıldıq, qol vəziyyətləri yaratdıq. Amma hava daha yaxşı olsaydı, hesab başqa cür də ola bilərdi. Düşünürəm ki, qələbəyə layiq idik.
- Baş məşqçi səni meydana buraxanda hansı tapşırıqları verdi?
- Məşqçimiz mənə dedi ki, oyunun sonuna az qalıb, imkan tapan kimi qapıya zərbə endir. Mən də bu tapşırığına əməl etdim, vurduğum zərbə də bizə qələbəni gətirdi. Hücumçu üçün qol vurmaq növbəti oyunlara motivasiyanı artırır. Mən də inanıram ki, növbəti görüşlərdə qollarımı sıralayacam.
- Qış fasiləsindən sonra ilk dəfə idi ki, doğma meydanınızda oyun keçirdiniz...
- Sözün düzü, belə atmosfer gözləmirdim. Ab-hava çox gözəl idi. Hər saniyə azarkeşlərimiz bizə dəstək oldu. Biz də qələbə qazanmağa davam edib, azarkeşlərimizi sevindirəcəyik.
- Kənardan tamaşaçı kimi oyunu izləsəydiniz, matçın qəhrəmanı kimi rəqib komandanın qapıçısını seçərdiniz, ya yeganə qolu vuran hücumçunu, yəni, özünüzü?
- Əlbəttə, qapıçı çox gözəl qurtarışlarla yadda qaldı. Amma belə oyunlarda qələbə qolunu vuran futbolçu oyunun ən yaxşısı sayılır, mən də özümü seçərdim.
Məftun RƏSULZADƏ
2-ci liqada daha 2 oyun
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video
Üç boksçumuz finala yüksəldi, biri "bürünc" qazandı
Nərimanın komandası qalib gəldi, özü ehtiyatda qaldı
İtaliyada hakimlərin rəhbəri istefa verdi
Vüsal oynadı, komandası səfərdə uduzdu