“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk hazırda “Zenit”i çalışdıran Mirça Luçesku barədə fikirlərini açıqlayıb.
Qol.az-ın xəbərinə görə, Avropa Liqasının 1/8 final mərhələsinin “Zenit” – “Anderlext” cütlüyü barədə Rusiyanın “Sport uik-end” nəşrinə müsahibə verən ukraynalı mütəxəssis əvvəlcə komandaların şanslarını dəyərləndirib.
Qriqorçuk “Anderlext”in “Qəbələ” ilə Avroliqada eyni qrupda oynadığını deyərək Belçika klubunun ciddi rəqib olduğunu söyləyib. Bununla belə, o qeyd edib ki, bu cütlükdə favorit “Zenit”dir: “Onlar bütün göstəricilərdə rəqiblərini üstələyirlər. “Zenit”in yaxşı nəticə əldə etməsi üçün bütün imkanı var”.
M.Luçesku barədə də danışan Qriqorçuk bu məşqçi ilə hələ Ukraynada işləyərdən yaşıl meydanlarda rəqib kimi qarşılaşdığını söyləyib: "Onun barəsindən yalnız yaxşı şeylər danışa bilərəm. O, “Şaxtyor”da işləyəndə komandası elə qurulmuşdu ki, mənə əvvəlcədən hər şey aydın olurdu. Yəni rəqib necə oynayacaq və səni nə gözləyir. Taktiki mənada təşkilatlanmış oyunları vardı. Həm də futbolçularının fərdi ustalığına görə “Şaxtyor”un Ukrayna çempionatında yaxşı nailiyyətləri olurdu”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"