“Qalatasaray” öz meydanında uduzdu

“Qalatasaray” öz meydanında uduzdu
XƏBƏR 13 Fevral 2017 / 00:16 3054
-  A +

Türkiyə Superliqasında 20-ci turun oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün daha 4 matç keçirilib.

Lider “Beşiktaş”ın ardınca onun ən yaxın izləyicisi “Başakşehir” də xala həsrət qalıb.

Öz meydanında “Kayserispor”u qəbul edən “Qalatasaray” da meyedandan məyus ayrılıb. İlk hissədə qapısında 2 qol görən İstanbul klubunun gücü yalnız hesab arasındakı fərqi azaltmağa çatıb.

Son 4 turda xal itirməyən “Antalyaspor” isə Konya səfərindən heç-heçə ilə qayıdıb.  

Türkiyə Superliqası

XX tur

12 fevral

“Akhisar Genclik Spor” - “Rizespor” 1:0
Qol:
Yumlu, 6

“Kasımpaşa” - “Başakşehir” 4:0
Qollar:
Titi, 10, Büyük, 13, Eduok, 82, Kastro, 88

“Konyaspor” - “Antalyaspor” 1:1
Qollar:
El Kabir, 44 (0:1), Bajiç, 59 (1:1)

“Qalatasaray” - “Kayserispor” 1:2
Qollar:
Mabiala, 29 (0:1), Gülen, 45+4 (0:2), Derdiyok, 89

Qeyd edək ki, 20 turdan sonra “Beşiktaş” 44 xalla birinci, “Başakheşir” 42 xalla ikinci, “Qalatasaray” 39 xalla üçüncü, “Fənərbaxça” isə 36 xalla dördüncü yeri tutur.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner