Timoşuk futbolçu karyerasını bitirdi

Timoşuk futbolçu karyerasını bitirdi
XƏBƏR 11 Fevral 2017 / 00:00 2768
-  A +

Ukrayna millisinin sabiq üzvü Anatoli Timoşuk futbolçu karyerasını başa vurub.

Qol.az xəbər verir ki, bu haqda təcrübəli futbolçu özü “Futbol 1” kanalına müsahibəsində məlumat verib:

“Artıq özümə yeni klub axtarmıram. Sakit şəkildə karyeramı başa vuraraq, istirahət üçün imkan qazanmışam. Məşqçiliklə bağlı təklif almışam. Gələcəkdə gənclərə inkişaf etmələri üçün yardım etməyə çalışacağam”.

Xatırladaq ki, Timoşuk “Zenit”in heyətində UEFA kubokunun və Superkubokun, “Şaxtyor”la Ukrayna çempionatının (3 dəfə), “Bavariya” ilə Almaniya çempionatının (2 dəfə) və Çempionlar Liqasının qalibi olub.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır