Van Persi 3 oyunluq cəzalandı

Van Persi 3 oyunluq cəzalandı
XƏBƏR 10 Fevral 2017 / 11:33 2134
-  A +

Türkiyə Futbol Federasiyası “Fənərbaxça”nın hücumçusu Robin Van Persini cəzalandırıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə,buna holland futbolçunun “Beşiktaş”la oyundakı davranışı səbəb olub.

Van Persi Türkiyə Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən oyunda vurduğu qoldan sonra rəqib azarkeşlərə və futbolçulara dilini göstərmişdi.

Bu səbəbdən də o, 3 oyunluq cəzalanıb. Üstəlik, “Fənərbaxça” 5 min avro cərimələnib.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır