Bakı “İnter”ində ciddi itkilər

Bakı “İnter”ində ciddi itkilər
XƏBƏR 9 Fevral 2017 / 14:10 2394
-  A +

Topaz Premyer Liqanın 17-ci turunda bu gün "Neftçi" ilə qarşılaşacaq “İnter” oyuna ciddi itki ilə çıxacaq

Qol.az-ın xəbərinə görə, komandanın yarımmüdafiəçisi Elnur Abdullayev sarı vərəqə limitini doldurduğundan bugünkü qarşılaşmanı buraxacaq.

Bundan başqa, məşq zamanı zədələnən müdafiəçi Zurab Xizanaşvili də “Neftçi” ilə görüşdə iştirak etməyə bilər. Ayağında ağrıları olan gürcüstanlı futbolçunun meydana çıxacağı sual altındadır.

Qeyd edək ki, bu gün keçiriləcək “İnter” – “Neftçi” oyunu saat 17:30-da başlayacaq.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq