Argentina klubunun formasında 50 loqo - Şəkil

Argentina klubunun formasında 50 loqo -  Şəkil
XƏBƏR 9 Fevral 2017 / 01:05 3036
-  A +

Argentinanın V divizion klubu “Sentenario” yeni mövsüm üçün formasını təqdim edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, aşağı liqa təmsilçisinin forması loqo sayı ilə diqqətləri cəlb edib.

Belə ki, “Sentenario”nun formasında kluba yardım edən 50 şirkətin loqosu var.

Klubun prezidenti Qustavo Qomes bununla bağlı deyib: “Hər bir şirkət gücü çatan qədər bizə pul ödəyib. Biz hər kəsə ən sərfəli yeri verməyə çalışmışıq. Bəzi loqolar isə formada pula görə yox, hansısa xidmətin qarşılığında yer alıblar”.

Qeyd edək ki, ötən mövsüm “Sentenario”nun formasında 34 loqo yer almışdı.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq