Tanınmış tennisçi “Real”ın prezidenti olmaq istəyir

Tanınmış tennisçi “Real”ın prezidenti olmaq istəyir
XƏBƏR 9 Fevral 2017 / 00:33 2555
-  A +

Tanınmış tennisçi Rafael Nadal gələcəkdə “Real”ın prezidenti olmaq istəyir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Kral klubu”nun azarkeşi kimi tanınan Nadal arzusunun xəyal olduğunu bildirib:

“Gələcəkdə nələrin baş verəcəyini heç kim bilmir. Hər kəsə məlumdur ki, mən çılğın futbol azarkeşiyəm, “Real” isə mənim sevimli klubumdur.

İndi bu haqda danışmaq xəyaldır. Lakin mən gələcəkdə “Real”ın prezidenti olmaq istərdim.

Yeri gəlmişkən, hazırda komandanın vəziyyəti əladır. Florentino Peres əla rəhbərdir və hazırda “Real”a lazım deyiləm”.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq