Kuarejma daha 3 il "Beşiktaş"da - rəsmi

Kuarejma daha 3 il "Beşiktaş"da -  rəsmi
XƏBƏR 8 Fevral 2017 / 01:08 1972
-  A +

"Beşiktaş" futbolçusu Rikardo Kuarejma ilə yeni müqavilə imzalayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, portuqaliyalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilə qədər uzadılıb.

Qarşıdakı 2 mövsümdə Kuarejmanın əmək haqqısı 2,1 milyon, üçüncü mövsümdə isə 1,75 milyon avro təşkil edəcək.

Bundan başqa, 31 yaşlı futbolçu hər oyuna görə də əlavə 4 min avro əldə edəcək.

Daha çox


Son xəbərlər
topaz banner