Rivaldonun oğlu "Dinamo"da

Rivaldonun oğlu "Dinamo"da
XƏBƏR 8 Fevral 2017 / 00:30 4374
-  A +

Braziliya futbolunun əfsanələrindən olan Rivaldonun oğlu Rivaldinyo klubunu dəyişib.

Qol.az-ın xəbərinə görə, 21 yaşlı hücumçu karyerasını Rumıniyada davam etdircək. O, Buxarest "Dinamo"su ilə anlaşıb. Klubun rəsmi saytı gənc hücumçu ilə yaxın günlərdə müqavilə imzalanacağını yazıb.

Qeyd edək ki, Rivaldinyo peşəkar futbolçu karyerasına atasının sahibi olduğu "Mogi Mirim" klubunda başlayıb. O, daha sonra "Boavişta", "Pirakikaba" və "Paysandu" kimi klublarda çıxış edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner