Klub prezidentinin maşınları yandırıldı

Klub prezidentinin maşınları yandırıldı
XƏBƏR 7 Fevral 2017 / 15:43 3318
-  A +

İtaliyanın “Peskara” klubunun prezidenti Daniele Sebastiani şok hadisə ilə üzləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bir qrup azarkeş klub rəhbərinin avtomobillərini yandırıb.

Komandanın uğursuz çıxışından qəzəblənən yerli azarkeşlər buna etiraz əlaməti olaraq prezidentin iki avtomobilinə od vurublar. Hər iki maşın yarasız hala düşüb.
Sebastiani ilin sonunda vəzifəsindən gedəcəyini açıqlayıb.

Qeyd edək ki, “Peskara” 23 turdan sonra 9 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır