Tuncay Şanlı işsiz qaldı

Tuncay Şanlı işsiz qaldı
XƏBƏR 7 Fevral 2017 / 15:19 3818
-  A +

Türkiyənin 3-cü liqasında mübarizə aparan “Sakaryaspor” baş məşqçisi Tuncay Şanlı ilə yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, rəhbərlik Tuncay Şanlı ilə görüşdən sonra qərarını ona açıqlayıb.

Türkiyə millisinin sabiq üzvü Sakarya təmsilçisini ötən ilik oktyabr ayından çalışdırırdı. “Sakaryaspor” Tuncayın rəhbərliyi altında cari mövsümdə meydana çıxdığı 13 oyunda 6 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət əldə edib.

Qeyd edək ki, Tuncay Şanlı futbolçu kimi “Sakaryaspor”un yetirməsi olub.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır