Stadionda Türkiyə bayrağı açdı, ara qarışdı

Stadionda Türkiyə bayrağı açdı, ara qarışdı
XƏBƏR 7 Fevral 2017 / 14:08 5801
-  A +

İngiltərənin aşağı liqasında keçirilən "Haddersfild" - "Lids" matçında (2:1) qalmaqal yaşanıb. 

Qol.az-ın xəbərinə görə, hadisəyə meydan sahiblərinin azarkeşlərindən birinin tribunada Türkiyə bayrağı açması səbəb olub. Bayrağı görən "Lids" fanatları tribunada gərginlik yaradıblar. Həmin azarkeş isə polis tərəfindən saxlanılıb və bayrağı müsadirə edilib. 

Xatırladaq ki, “Lids” azarkeşlərinin Türkiyə ilə xoş olmayan xatirəsi var. Belə ki, 2000-ci ilin aprel ayında UEFA kubokunun yarımfinal mərhələsinin “Qalatasaray” - “Lids” oyununu izləmək üçün İstanbula gedən iki ingilis fanatı  dava zamanı bıçaqlanaraq öldürülüb.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır