“Real”ı geridə qoya bilərik” - Neymar

“Real”ı geridə qoya bilərik” -  Neymar
XƏBƏR 7 Fevral 2017 / 02:04 4164
-  A +

“Barselona”nın hücumçusu Neymar La Liqadakı çempionluq mübarizəsini dəyərləndirib.

Qol.az-ın AS-a istinadən yaydığı xəbərə görə, braziliyalı forvard komandasının çempion ola biləcəyini vurğulayıb:

“Bilirəm ki, bu, çox çətin olacaq. Lakin futbolda mümkünsüz heç nə yoxdur. Ötən mövsüm liderlə xal fərqimiz 12 idi. Lakin sonda cüzi fərqlə çempion olduq.

Qarşıda hələ çox oyun var, ona görə də vəziyyət dəyişə bilər. Biz hər oyunda qələbəyə köklənirik. Məqsədimiz  bütün gücümüzü meydanda qoyub, sona qədər qızıl medallar uğrunda mübarizə aparmaqdır”.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır