“Mançester Siti” Aqueronu satmır

“Mançester Siti” Aqueronu satmır
XƏBƏR 7 Fevral 2017 / 00:33 2140
-  A +

Serxio Aquero mövsümün sonunda “Mançester Siti”ni tərk etməyəcək.

Qol.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, klub rəhbərliyi argentinalı forvardla vidalaşmaq fikrində deyil. Baxmayaraq ki, Aquero son oyunlarda əsas heyətdən kənarda qalıb.

Hazırda “şəhərlilər”in hücum xəttində yer alan Qabriel Jezus ümidləri doğrultsa da, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola gələcəkdə də Aqueronun xidmətindən istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, son 2 oyunda əsas heyətdən kənarda qalan və cəmi 26 dəqiqə meydanda olan Aquero cari mövsüm 18 görüşdə 11 qol vurub.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır