"Qəbələ" klubu Topaz Premyer Liqasının XVI turu çərçivəsində keçirilən "Neftçi" ilə matçın son dəqiqələrində texniki zonada baş verıən hadisə ilə bağlı bəyanat yayıb.
Qol.az-ın klubun rəsmi "Facebook" səhifənizə istinadən yaydığı xəbərə görə, bəyanatda bildirilir:
“Qəbələ” – “Neftçi” matçında texniki zonadan uzaqlaşdırılan komandamızın baş məşqçisi Roman Qriqorçuk haqda “Neftçi” klubunda məşqçi funksiyasını yerinə yetirən Aleksandr Deriberinin açıqlamalarını çox təəccüb və təəssüf hissi ilə qarşıladıq. Əslində hadisələrin əsl səbəbkarı olan bu şəxs hər şeydən öncə özünün köməkçi məşqçi olduğunu nəzərə alaraq, nəinki komandamızın, istənilən rəqib komandanın baş məşqçisinə etiraz, aqressiv hərəkət nümayiş etdirməməlidir. Bunun əksinə olaraq, futbol və adi insanlıq normalarını heçə sayaraq, baş məşqçimizin hakimlə olan dialoquna qoşulan bu şəxs meydançada tərəflər arasında ciddi gərginlik yaratdı. Roman Qriqorçuk hər zaman rəqibə və oyun qaydalarına hörmət edir, Deriberin isə görünür ki, hər hansı bir yolla ictimaiyyətin gündəminə gəlmək istəyir. Çünki bu şəxsin oyun zamanı etdikləri və oyundan sonra mətbuata verdiyi açıqlama başqa cür izah oluna bilməz. Oyunu izləyən hər kəs müşahidə etdi ki, məhz bu şəxsin baş məşqçimizə qarşı yersiz atmacası və jestləri ilə tərəflər arasında mübahisə yarandı. Roman Qriqorçuk və “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev arasında qarşılıqlı hörmət və gözəl münasibət olduğu halda, bu şəxsin baş məşqçimizə münasibəti yolverilməzdir.
Bu şəxsin məşqçimiz haqda mətbuata açıqlaması da qeyri-peşəkar bir fərdin fikrindən fərqlənmir. Təbii ki, həmin şəxs futbol adamıdırsa, ölkəmizin futbolda qazandığı uğurların siyahısında Qriqorçuk soyadına tez-tez rast gəlməlidir. Bununla belə, ictimaiyyətə də bəllidir ki, Roman Qriqorçuk hər hansı uğurla kifayətlənən insanlardan deyil, özü və komandası üçün daim inkişafı düşünən mütəxəssisdir.
Ümid edirik ki, bu şəxs bundan sonra kimin başında tac olub-olmamasını aydınlaşdırmaqla yox, futbolda göstərəcəyi uğurlarla gündəmə gələcək".
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı