“Kəpəz”in zədəlilərinin son durumu

“Kəpəz”in zədəlilərinin son durumu
XƏBƏR 6 Fevral 2017 / 16:35 1324
-  A +

Topaz Premyer Liqasında “Zirə” ilə oyunun sonlarında zədələnən “Kəpəz”in futbolçusu Şəhriyar Əliyevin durumuna aydınlıq gəlib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müayinədən keçən müdafiəçiyə sol çiyin qurşağının ikinci dərəcəli bağ gərilməsi diaqnozu qoyulub. Futbolçu zədəsi səbəbindən “Sumqayıt”la görüşdə iştirak edə bilməyəcək. Onun həftəsonu “Qarabağ”la oyuna kimi hazır olacağı gözlənilir.
 
Komandanın digər zədəli oyunçuları Tural Axundov ilə Azad Kərimov isə artıq sıraya dönüb. Ötən tur “Zirə” ilə görüşü buraxan futbolçular bu gün komanda ilə birgə məşqlərə qoşulublar.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır