“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo bildirib ki, İngiltərədə rəqib klublardan futbolçu transfer etmək elə də asan deyil.
Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis deyib: “Almaniyada “Bavariya” bunu rahatlıqla edir. Onlar çempionluq yoluna hələ yay aylarından başlayır. Münhen klubu hər il əsas rəqibləri olan “Borussiya”nın (Dortmund) ən yaxşı futbolçularını alır. Əvvəlcə onlar Robert Levandovski, sonra Mario Qötze, daha sonra da Mats Hummelsi transfer edirlər. Yəni onlar hələ mövsüm başlamamış çempion olurlar”.
Mourinyo bildirib ki, İngiltərədə əsas rəqiblərdən futbolçu almaq çətindir: “Sizcə, mən “Tottenhem”in iki əsas futbolçunu alıb bu komandanı zəiflədə bilərəm? Yox! Eyni zamanda “Arsenal”dan, “Çelsi”dən də bəyəndiyim futbolçuları ala bilmərəm. Rəqibini zəiflətmək üçün futbolçu almaq məsələsi İngiltərədə artıq keçmişdə qalıb. İndi əgər sən rəqiblərindən futbolçu alsan, bu o deməkdir ki, həmin oyunçu daha komandasına lazım deyil.
Fikir verin, “Real”, “Barselona”, “Bavariya” və PSJ kimi komandalar yalnız artıq özlərinə lazım olmayan futbolçuları satır”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov