Emin Mahmudov ehtiyat qaldı

Emin Mahmudov ehtiyat qaldı
XƏBƏR 5 Fevral 2017 / 00:56 3227
-  A +

Portuqaliya çempionatında 20-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” səfərdə “Çaves”in qonağı olub.

Kamran Ağayev cəzalı olduğu halda, Emin Mahmudov sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Matç qolsuz bərabərliklə tamamlanıb.

Qeyd edək ki, 20 turdan sonra 25 xalı olan “Boavişta” 10-cu pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner