“Bavariya” büdrədi, “Borussiya”dan qalib gəldi

“Bavariya” büdrədi, “Borussiya”dan qalib gəldi
XƏBƏR 5 Fevral 2017 / 00:29 3204
-  A +

Almaniya Bundesliqasında 19-cu turun oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün turun daha 6 matçı keçirilib.

Tur lider “Bavariya”nın xal itirməsi ilə yadda qalıb. Öz meydanında “Şalke”ni qəbul edən Münhen klubu erkən qolla hesabı açsa da, az sonra qapısında qol görüb.

Lider kimi ən yaxın izləyicisi “Leyptsiq” də büdrəyib. Səfərdə Dortmund “Borussiya”sının qonağı olan debütant meydanı xalsız tərk edib.


Almaniya Bundesliqası

19-cu tur

3 fevral

“Borussiya” (Münhenqladbax) - “Frayburq” 3:0
Qollar:
Stindl, 73, Raffael, 78, Herrmann, 90+3

“Bavariya” - “Şalke” 1:1
Qollar:
Levandovski, 9 (1:1), Noble, 13 (1:1)

“Köln” - “Volfsburq” 1:0
Qol:
Modeste, 81-pen

“Herta” - “İnqolştad” 1:0
Qol:
Haraquçi, 1

“Hoffenhaym” - “Maynts” 4:0
Qollar:
Uth, 5, Terrazzino, 81, Szalai, 86; 90+1

“Borussiya” (Dortmund) - “Leyptsiq” 1:0
Qol:
Aubameyanq, 35

Qeyd edək ki, hazırda “Bavariya” 46 xalla liderdir. 42 xala malik “Leyptsiq” ikinci yeri tutur. “Borussiya” və “Hoffenhaym” 34 xalla 3-4-cü yerləri bölüşdürürlər.

Daha çox


Son xəbərlər
topaz banner