Növbəti hakim səhvi: "Zirə"nin təmiz qolu sayılmadı

Növbəti hakim səhvi: "Zirə"nin təmiz qolu sayılmadı
XƏBƏR 4 Fevral 2017 / 16:14 3481
-  A +

Topaz Premyer Liqasında növbəti hakim səhvi qeydə alınıb.

Qol.az-ın xəbərində görə, bu, 16-cı turda keçirilən “Zirə” – “Kəpəz” oyununda baş verib.

Matçın 23-cü dəqiqəsində “Zirə”nin futbolçusu Nurlan Novruzovun qaydalar çərçivəsində vurduğu qol qeydə alınmayıb. Görüşün baş hakim Elvin Əsgərov Nurlan Novruzovun  oyundan kənar vəziyyətdə olduğunu əsas gətirərək qolu hesaba almayıb.

Qeyd edək ki, "Zirə" Nurlan Novruzovun 37-ci dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb.

Daha çox


Son xəbərlər
topaz banner