Subotiç qayıtdı və ilk oyundaca qol vurdu

Subotiç qayıtdı və ilk oyundaca qol vurdu
XƏBƏR 3 Fevral 2017 / 18:48 3510
-  A +

Yenidən “Qəbələ”yə qayıdan Daniel Subotiç bu gün köhnə komandasına qayıdışında ilk oyuna çıxıb.

Qol.az-ın xəbərinə görə, Topaz Premyer Liqanın 16-cı turunun “Neftçi”yə qarşı görüşündə isveçrəli hücumçu ikinci hissədə Baqali Dabonun əvəz edərək meydana daxil olub. Matçın 77-ci dəqiqəsində isə o, hesabı açıb.

Xatırladaq ki, Subotiç 2013/14 mövsümündə də “Qəbələ”yə oynayıb və Premyer Liqada 29 oyunda 12 qol vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner