"Qarabağ"da növbəti ciddi itki

"Qarabağ"da növbəti ciddi itki
XƏBƏR 3 Fevral 2017 / 15:43 2761
-  A +

Topaz Premyer Liqasının XVI turunda AZAL-ın qonağı olan "Qarabağ" ciddi itki ilə üzləşib.

Qol.az-ın məlumatına görə, Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintana zədələnib.
 
Görüşün 20-ci dəqiqəsində zədə alan ispaniyalı futbolçu oyunu davam etdirə bilməyib. Onu Əfran İsmayılov əvəzləyib. Dizindən zədə alan Kintananın durumunun ciddi olduğu ehtimal olunur.

Qeyd edək ki, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da zədə səbəbindən AZAL-la oyunu buraxıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner