Pepe və Xames məşqlərə başladılar

Pepe və Xames məşqlərə başladılar
XƏBƏR 2 Fevral 2017 / 17:18 1981
-  A +

"Real"ın futbolçuları Xames Rodriqes və Pepe zədələrini sağaldıblar.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, sözügedən oyunçular komanda ilə ümumi məşqlərə başlayıblar.

X.Rodriqeslə Pepenin İspaniya La Liqasının 20-ci turunda "Selta" ilə oyuna hazır olduğu bildirilib.

Qeyd edək ki, "Selta" - "Real" görüşü fevralın 5-i keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner