"Milan"ın futbolçusu üçün mövsüm başa çatdı

"Milan"ın futbolçusu üçün mövsüm başa çatdı
XƏBƏR 2 Fevral 2017 / 00:36 1974
-  A +

“Milan”ın zədəli futbolçusu Cakom Bonaventuranın durumu ciddidir.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, "Udineze" ilə oyunda əzələsi dartılan 28 yaşlı yarımmüdafiəçi əməliyyat olunacaq. Onun 4 ay meydana çıxa bilməyəcəyi açıqlanıb. Bu isə İtaliya millisinin üzvü üçün mövsümün erkən başa çatması deməkdir.

Qeyd edək ki,  cari mövsüm  "Milan"ın heyətində 19 oyun keçirən İtaliya millisinin üzvü 3 qol vurub

Daha çox


Son xəbərlər
topaz banner