Millimizin rəqibində yeni baş məşqçi

Millimizin rəqibində yeni baş məşqçi
XƏBƏR 1 Fevral 2017 / 15:33 2019
-  A +

DÇ-2018-in seçmə mərhələsində yığmamızla eyni qrupda yer alan Norveç millisinin yeni baş məşqçisi bəlli olub.

Qol.az-ın Norveç mətbuatına istinadən yaydığı xəbərə görə, komandanı Lars Leqerbek çalışdıracaq. İsveçli mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, 68 yaşlı məşqçi bu vəzifədə Per-Matias Hoqmonu əvəzləyəcək.

Əlavə edək ki, Leqerbek son  olaraq İslandiya millisini çalışdırıb. Onun komandası Avro-2016-da sürprizə imza ataraq 1/4 finala qədər irəliləyib.

Daha çox


Son xəbərlər
topaz banner