"Kəpəz"də iki itki

"Kəpəz"də iki itki
XƏBƏR 1 Fevral 2017 / 14:28 2061
-  A +

Topaz Premyer Liqasının XVI turunda “Zirə” ilə keçirəcəyi oyuna hazırlığı Bakıda davam etdirən “Kəpəz” tam heyətlə məşq edə bilmir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  komandanın iki futbolçusu çalışmalardan kənarda qalıb. Kapitan Tural Axundov və Azad Kərimov zədəli olduqları üçün hazırlıq prosesində iştirak edə bilmirlər. Ötən həftə xəstə olduğu üçün “İnter”lə görüşü buraxan Şəhriyar Əliyev isə sağalaraq, sıraya dönüb.

Qeyd edək ki, fevralın 4-də keçiriləcək “Kəpəz” – “Zirə” matçı saat 14:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
topaz banner