Azərbaycan - Almaniya: biletlər satışa çıxarıldı

Azərbaycan - Almaniya: biletlər satışa çıxarıldı
XƏBƏR 1 Fevral 2017 / 11:51 3637
-  A +

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və Park Bulvar ticarət mərkəzində əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.
 
Biletlərin qiyməti aşağıda qeyd olunan kimidir:

VIP – 50 AZN
1-ci kateqoriya – 19 AZN
2-ci kateqoriya – 14 AZN
3-cü kateqoriya – 9 AZN
4-cü kateqoriya – 5 AZN
5-ci kateqoriya – 2 AZN

Daha çox


Son xəbərlər
topaz banner