“Şalke” “Çelsi”nin təklifi ilə razılaşmadı

“Şalke” “Çelsi”nin təklifi ilə razılaşmadı
XƏBƏR 1 Fevral 2017 / 00:29 2715
-  A +

Sead Kolaşinatsı transfer etmək istəyən “Çelsi” “Şalke” ilə razılığa gələ bilməyib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, London klubu cinah müdafiəçisi ilə şəxsi müqaviləsinin detallarını razılaşdırmışdı.

Lakin “Çelsi”nin təklif etdiyi məbləğ az olduğundan, “Şalke” Kolaşinatsı satmaqdan imtina edib.

Qeyd edək ki, 23 yaşlı bosniyalı futbolçunun hazırkı klubu ilə müqaviləsi yayda bitir.

Kolaşinats cari mövsüm Вundesliqada meydana çıxdığı 14 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

Son xəbərlər
topaz banner