"Zirə"dən növbəti transfer

"Zirə"dən növbəti transfer
XƏBƏR 31 Yanvar 2017 / 22:26 4331
-  A +

“Zirə” heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi  qanalı hücumçu Riçard Qadze ilə ilyarımlıq müqavilə imzalayıb.

Qeyd edək ki, 2012-ci ildə vətənində “Ebusua” klubunda peşəkar karyerasına başlayan 22 yaşlı hücumçu 3 il sonra Hindistan təmsilçisi “Delhi Dinamos”a keçib. Riçard həmçinin, icarə əsasında Finlandiyanın HİK klubunda da çıxış edib.


Son xəbərlər
topaz banner