Reynaldo "Adanaspor"da debüt etdi

Reynaldo "Adanaspor"da debüt etdi
XƏBƏR 30 Yanvar 2017 / 22:59 7332
-  A +

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo yeni klubu "Adanspor"da ilk oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, braziliyalı hücumçu Türkiyə superliqasının 19-cu turunda "Kasımpaşa" ilə matçda debüt edib. O, qarşılaşmanın 63-cü dəqiqəsində meydana daxil olub. Reynaldo ilk görüşündə qol vura bilməyib.

Qeyd edək ki, Reynaldo yanvarın 27-i "Adanaspor"la 2.5 illik müqavilə imzalayıb.

Əlavə edək ki, "Adanaspor" - "Kaşımpaşa" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
topaz banner