"Milan"da ciddi itki - 2 ay oynamayacaq

"Milan"da ciddi itki -  2 ay oynamayacaq
XƏBƏR 30 Yanvar 2017 / 18:32 2221
-  A +

"Milan" ciddi itki ilə üzləşib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın aparıcı üzvü Cakom Bonaventura zədələnib.

"Udineze" ilə oyunda əzələsi dartılan 28 yaşlı yarımmüdafiəçinin 2 aya qədər meydana çıxa bilməyəcəyi məlum olub.

Qeyd edək ki,  cari mövsüm  "Milan"ın heyətində 19 oyun keçirən İtaliya millisinin üzvü 3 qol vurub.

Son xəbərlər
topaz banner