Bakının “İnter” klubu Topaz Premyer Liqasında yubiley qolunu vurub.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, XV turun “Kəpəz”lə ev oyununda 4:1 hesablı qələbə qazanan paytaxt təmsilçisinin 1-ci qolu yubiley əhəmiyyətli olub. Komandasının bərabərlik qoluna 45+2-ci dəqiqədə imza atan Nizami Hacıyev “İnter”in Azərbaycan çempionatlarında 650-ci qolunun müəllifi olub. Bakılılar buna Premyer Liqadakı 476-cı matçında nail olub.
Bu qarşılaşmalarda 244-cü qələbəsini əldə edən komanda qol sayını 653-ə çatdırıb. “İnter”in orta məhsuldarlığı 1,37-yə bərabərdir. Paytaxt klubunun 653 qolundan 366-sı evdə, 287-si səfərdə vurulub.
Klubun ilk qolu 1999-cu il noyabrın 7-nə təsadüf edib. “Xəzər Universiteti” adı ilə çıxış edən komanda 1999/2000 mövsümünün II turunda “Neftçi”yə 2:3 hesabı ilə uduzub. Samir Ələkbərovun 37-ci dəqiqədəki qolu indi “İnter” adlanan klubun tarixində ilk top kimi tarixə düşüb.
Qeyd edək ki, “İnter” Azərbaycan çempionatlarındakı qol sayında 5-ci göstəriciyə malikdir. Yalnız 4 komanda – “Neftçi”, “Qarabağ”, “Kəpəz” və “Turan” daha çox fərqlənib.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video