"Bursaspor"un yeni baş məşqçisi bəlli oldu

"Bursaspor"un yeni baş məşqçisi bəlli oldu
XƏBƏR 30 Yanvar 2017 / 14:46 4165
-  A +

Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisi məlum olub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, millimizin baş məşqçisi Robert Prosineçki ilə anlaşa bilməyən superliqa təmsilçisi komandanı Mutlu Topçuya tapşırıb.

Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. 46 yaşlı mütəxəssis buna qədər "Kayserispor" və "Qaziantepsor" kimi klubları çalışdırıb.

Xatırladaq ki, millimizin hücumçusu Dəniz Yılmaz da "Bursaspor"da çıxış edir.

Son xəbərlər
topaz banner