Rasim Ramaldanov rəsmən "Qəbələ"də

Rasim Ramaldanov rəsmən "Qəbələ"də
XƏBƏR 30 Yanvar 2017 / 12:30 2492
-  A +

Milli komandamızın sabiq üzvü Rasim Ramaldanovun "Qəbələ"yə keçidi rəsmiləşib.
 
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Ramaldanov Azərbaycanda “Simurq” (2008-2013), “Xəzər Lənkəran” (2013-2015) və “Sumqayıt”da (2016) çıxış edib.

Gürcüstanda legioner həyatı yaşayan Ramaldanovun son klubu ötən il formasını geyindiyi “Kolxeti” olub. 2012-ci ildə Azərbaycan milli komandasında debüt edən futbolçu ölkəmizin əsas yığmasında 17 oyun keçirib.

Son xəbərlər
topaz banner