“Qəbələ” ilə çempion olmaq vaxtıdır" - Daniel Subotiç

“Qəbələ” ilə çempion olmaq vaxtıdır" - Daniel Subotiç
XƏBƏR 30 Yanvar 2017 / 09:51 3312
-  A +

"Qəbələ" müqavilə imzaladığı Daniel Subotiçə rəsmi "Facebook" vasitəsi ilə "hazırsanmı" sualı ünvanlayıb.

Qol.az-ın məlumatına görə, 28 yaşlı hücumçu bu suala cavabında bunları bildirib:

“Bura geri qayıtdığım üçün xoşbəxtəm. Qəbələ” ilə bağlı çoxlu xoş xatirələrim və bu klubda qazandığım uğurlar var. Yenidən bu cür böyük klubda oynamaq imkanı əldə etdim. “Qəbələ” ilə artıq çempion olmaq vaxtıdır. Mən buna hazıram”.

Qeyd edək ki, "Qəbələ" D.Subotiçlə bu mövsümün sonuna kimi müqavilə imzalayıb. O, 2013/14 mövsümündə də sözügedən klubda oynayıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner