“Neftçi”nin yeni transferi İqnasio Herrera Fernandes Topaz Premyer Liqanın 15-ci turunda “Qarabağ”la səfər matçından (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqqında düşüncələrin...
- “Neftçi”yə yenicə qoşulmuşam, uyğunlaşmağa çalışıram. Düşünürəm ki, daha çox xeyir verə bilərəm komandaya. Bu gün əlimdən gələni etdim ki, bacardığım qədər kömək olum. İstərdim ki, qələbə ilə ayrılaq buradan. Təəssüflər olsun ki, rəqib penaltidən qol vurdu, hesabı bərabərləşdirdi. Yaxşı hazırlaşmışdıq oyuna, rəqibi lazımi qədər analiz etmişdik. Amma bir xal qazandığımız üçün üzülmürəm.
- Azərbaycan çempionuna qarşı oynadın, “Qarabağ” necə təsir bağışladı?
- Əlbəttə ki, çox güclü komandaya qarşı oynayırdıq. “Qarabağ” öz səviyyəsini bu oyunda da göstərə bildi. Fikrimcə, biz də onlara qarşı layiqli müqavimət göstərə bildik.
- “Kayrat”, “Astana” kimi klublara qarşı oynamaq çətindir, ya “Qarabağ”a qarşı?
- İlk növbədə bunu deyim ki, Qazaxıstan çempionatı ilə Azərbaycan çempionatın müqayisə etmək olmur. Burada “Qarabağ” öz sözün deyir. Mənə elə gəlir ki, “Qarabağ”a qarşı oynamaq daha çətindir. “Kayrat”ın oyun tərzi biraz “Qarabağ”a oxşayır, onlar da top saxlamağı xoşlayır. Yenə də “Qarabağ”ın səviyyəsi onlardan üstündür.
- Komandada hər şey ürəyincədir?
- Bakıya gəldiyim ilk gündən bəri klubda peşəkarlıq gördüm. Hər xırda problemi yerində həll etməyə çalışırlar. Ümumi olaraq, şəhəri də çox bəyənirəm. İnanıram ki, özümü yaxşı tərəfdən göstərə biləcəm və “Neftçi”də uzun müddət qalacam.
Məftun RƏSULZADƏ
"Kəpəz"də yeni müqavilə
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı