Futzal millimizin daha bir rəqibi bəlli oldu

Futzal millimizin daha bir rəqibi bəlli oldu
XƏBƏR 28 Yanvar 2017 / 13:22 2057
-  A +

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinin çıxış edəcəyi 2-ci qrupda mübarizə aparacaq dördüncü komanda müəyyənləşib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamızın rəqibi Albaniya millisi olub.
 
Albanlar  ilkin seçmə mərhələnin D qrupunda 1-ci yeri tutmuş Albaniya yığması 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək əsas seçmə mərhələdə çıxış etmək hüququ qazanıb.

Xatırladaq ki, millimizin digər rəqibləri Macarıstan və Bosniya və Herseqovina yığmalarıdır.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner