Türk futbolçu Premyer Liqa klubunun hədəfində

Türk futbolçu Premyer Liqa klubunun hədəfində
XƏBƏR 28 Yanvar 2017 / 01:12 5043
-  A +

Sərdar Taşçı Moskva “Spartak”ını tezliklə tərk edə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, türk futbolçu karyerasını İngiltərədə davam etdirməyə yaxındır. Belə ki, “Sautgempton” Sərdar Taşçını icarə əsasında mövsümün sonuna qədər heyətinə qatmaq istəyir.

Joze Fontenin “Vest Hem”ə satılması, Virqil van Deykin isə zədəli olması səbəbindən “Sautgempton” müdafiəçi çatışmazlığından əziyyət çəkir.

Qeyd edək ki, Taşçı bu həftə İngiltərəyə yollanacaq. Onun “Spartak”la müqaviləsi mövsümün sonunda bitir.

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

topaz banner