Arda Turandan saqqalı ilə bağlı vəd

Arda Turandan saqqalı ilə bağlı vəd
XƏBƏR 28 Yanvar 2017 / 00:22 5793
-  A +

“Barselona”nın yarımmüdafiəçisi Arda Turan saqqalı ilə bağlı maraqlı vəd verib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, türkiyəli futbolçu bildirib ki, “Barselona” Çempionlar Liqasının qalibi olsa, o, saqqalını qırxacaq.

Hər şey Ardanın tvitterdəki paylaşımı ilə başlayıb. Belə ki, təcrübəli yarımmüdafiəçi 1 mövsüm ərzində 13 qol vurmasının karyerasında rekord olmasını yazıb.

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen isə həmin tvitdə komanda yoldaşına “Mövsüm ərzində 20 qol vursan, saqqalıvı qırxarsan” sualını ünvanlayıb.

Arda cavabında bildirib ki, bunu komandası ÇL-i qazancağı təqdirdə edəcək.

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

topaz banner