“Narkotikdən ilk dəfə “Barselona”da oynayanda istifadə etmişəm” - Maradona

“Narkotikdən ilk dəfə “Barselona”da oynayanda istifadə etmişəm” -  Maradona
XƏBƏR 28 Yanvar 2017 / 00:00 2937
-  A +

Dieqo Armando Maradona vaxtı ilə narkotik maddələrin aludəçisi olmasından danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, dünya futbolunun canlı əfsanəsi narkotiki həyatının ən böyük səhvi adlandırıb:

“Narkotikdən ilk dəfə “Barselona”da oynayanda, 24 yaşımda istifadə etmişəm. Bu, həyatımdakı ən böyük səhvim idi. Narkotik çox ciddi problemdir, insanı öldürür. Bu bəladan qurtulduğum üçün özümü xoşbəxt hesab edirəm. Narkotikdən istidadəyə davam etsəydim, yəqin ki indi həyatda olmazdım. Artıq 13 ildir ki, bu bəladan qurtulmuşam”.

Xatırladaq ki, argentinalı əfsanə 1982-1984-cü illərdə “Barselona”da çıxış edib.

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

topaz banner