"Bizi çətin mübarizə gözləyir" - Ansi Aqolli

"Bizi çətin mübarizə gözləyir" -  Ansi Aqolli
XƏBƏR 27 Yanvar 2017 / 17:17 3060
-  A +

“Qarabağ” Premyer Liqanın XV turunda  “Neftçi”ni qəbul edəcək.

Qol.az-ın məlumatına görə, komandanın albaniyalı müdafiəçisi  Ansi Aqolli klubun rəsmi saytına açıqlamasında görüş haqda fikirlərini bildirib:

“Qış fasiləsindən sonra çempionatın ilk oyunudur. Bu baxımdan fərqli qarşılaşma olacaq. Oyuna yaxşı hazırlaşmışıq. Qələbə qazanmağa çalışacağıq. “Neftçi” hər zaman “Neftçi”dir. Heyətini qış fasiləsində daha da gücləndirib. Bizi ciddi oyun və çətin mübarizə gözləyir. Bizə lazım olan nəticəni qazanmaq üçün meydana çıxacağıq”.

Qeyd edək ki, qarşılaşma yanvarın 29-da “Azərsun Arena”da keçiriləcək.

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner