"Tarixi vətənimin millisində oynayacağım üçün çox şadam".
Qol.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, bunu FİFA tərəfindən Azərbaycan yığmasının heyətində oynamasına icazə verilən Almaniyanın "Ayntraxt" klubunun futbolçusu Renat Dadaşov deyib.
Frankfurt təmsilçisinin 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən 19 yaşlı hücumçu Azərbaycan millisində forma geyinəcəyi günü səbirsizliklə gözlədiyini bildirib: "Azərbaycan mənim ürəyim, valideynlərimin doğma vətənidir. Mən öz ürəyim, atam-anam üçün çıxış edəcəyəm. Nə vaxt dəvət etsələr, can-başla oynamağa, qollarımla azarkeşləri sevindirməyə hazıram. "Ayntraxt"ın əsas komandasında oynamasam da, dəvət zamanı klubumdan mənə problem yaradılmayacaq".
Dadaşov AFFA-dan aldığı dəvəti qısa müddətdə cavablandırdığını da vurğulayıb: "AFFA-nın baş katibi Elxan Məmmədov mənimlə görüşdü. Dedi ki, Azərbaycan millisində oynamaq istərdinmi? Mən də düşünmək üçün vaxt istədim. Qardaşım, vaxtilə Azərbaycan yığmasında çıxış etmiş Rüfət Dadaşovla söhbət etdim. Qardaşım dedi ki, ürəyinin səsinə qulaq as, sonra da qərar ver. Almaniya Futbol İttifaqından da mənimlə əlaqə saxladılar. Onlar Almaniya yığmasında qalmağımı təklif etsələr də, mən bir müddət düşündükdən sonra tarixi vətənimin komandasında çıxış etməyi üstün tutdum. Demək olar ki, rəsmi dəvət aldığım vaxtdan qərar qəbul edənədək mənə çox az vaxt lazım gəldi".
Azərbaycan millisi növbəti oyununu martın 26-da Renat Dadaşovun yaşadığı Almaniyanın yığma komandasına qarşı keçirəcək. 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda təşkil olunacaq qarşılaşmada Dadaşov meydana çıxmağa hazır olduğunu bildirib. O, Bundestimə qarşı oynadığı zaman ikili hisslər keçirməyəcəyini söyləyib: "Düzdür, bu ölkənin 17 yaşadək futbolçulardan ibarət yığmasında çıxış etmişəm, Almaniyada yaşayıram. Amma artıq Azərbaycan millisinin üzvüyəm. Şans verilsə, uğurlu nəticə üçün əlimdən gələni etməyə hazıram. Nəinki əsas, hətta 19 və 21 yaşadək futbolçulardan ibarət yığmalarda da çıxış etməyə hazıram. Hər şey baş məşqçinin verəcəyi qərardan asılı olacaq".
Azərbaycan millisinin hazırkı vəziyyətindən Dadaşov xəbərdar olduğunu da bildirib: "Təbii ki, çıxış edəcəyim ölkənin komandası barədə məlumatlı olmalıyam. Bilirəm ki, hazırda yığmamız seçmə mərhələdə 4 oyundan sonra 7 xalla qrup 3-cüsüdür. Heyətə müxtəlif ölkələrin çempionatlarından yeni futbolçular cəlb olunub. Komandanın hazırkı heyəti və baş məşqçisindən xəbərdaram. Komandada böyük rəqabətin olduğunu bilirəm. Amma mən istər "Ayntraxt"da, istərsə də yığmada rəqabətə hər zaman hazıram. Rəqabət klubumda da, yığmada da var. Heç vaxt deyə bilmərəm ki, kimdənsə üstünəm. Komanda şəklində yaxşı oynayaraq, nəyəsə nail ola bilərik".
Qeyd edək ki, FIFA-nın Oyunçuların Statusu Komitəsi AFFA və Renat Dadaşovun assosiasiyasını dəyişməklə bağlı müraciətini təmin edib. Dadaşov artıq Azərbaycan milli komandasında oynamaq hüququna malikdir.
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi