"Mançester Yunayted" finalda

"Mançester Yunayted" finalda
XƏBƏR 27 Yanvar 2017 / 01:42 4120
-  A +

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, bu gün “Mançester Yunayted” səfərdə “Hall Siti”nin qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatsa da, “Mançester Yunayted” iki görüşün nəticəsinə əsasən (ilk oyun - 2:0) finala adlayan tərəf olub.

“Hall Siti” – “Mançester Yunayted” – 2:1
Qollar:
Huddeston, 35 (1:0), Poqba, 66 (1:1), Niasse, 85 (2:1)
İlk oyun - 0:2

Qeyd edək ki, Joze Mourinyonun komandası finalda “Sauthempton”la qarşılaşacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner