"Səbail" Antalyadan qələbə ilə dönür

"Səbail" Antalyadan qələbə ilə dönür
XƏBƏR 27 Yanvar 2017 / 00:30 2753
-  A +

Azərbaycan I divizionunda çıxış edən "Səbail" ötən gün Antalyada sonuncu yoldaşlıq görüşünü keçirib.

Qol.az-ın məlumatına görə, rəqib Macarıstanın aşağı dəstə təmsilçisi "Szeged" klubu olub.
Görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib. “Səbail”in qollarını Ramazan Abbasov və Orxan Səfiyaroğlu vurub.

Qeyd edək ki, "Səbail" yanvarın 28-i Antalya toplanışını yekunlaşdıracaq və həmin gün günorta saatlarında vətənə dönəcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner