“Atletiko” yarımfinalda

“Atletiko” yarımfinalda
XƏBƏR 26 Yanvar 2017 / 00:29 3058
-  A +

İspaniya kubokunda 1/4 final mərhələsinin cavab oyunları davam edir.

Qol.az-ın məlumatına görə, “Atletiko” səfərdə “Eybar”ın qonağı olub. 4 qolun vurulduğu matçda qalib aşkarlanmasa da, ilk oyunda qazanılan qələbə sayəsində Dieqo Simeonenin komandası mərhələ adlayıb.
“Eybar” - “Atletiko” 2:2
Qollar:
Ximenez, 49 (0:1), Enrik, 73 (1:1), Leon, 81 (2:1), Xuanfran, 85 (2:2)
İlk oyun - 0:3

Qeyd edək ki, “Atletiko” yarımfinalda “Real Soseydad” - “Barselona” cütünün qalibi ilə üz-üzə gələcək. Tərəflər arasında keçirilən ilk oyunda “Barselona” səfərdə 1:0 hesablı qələbə qazanıb.

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner