"Real" və "Barselona"ya keçməyim..." - Levandovski

"Real" və "Barselona"ya keçməyim..." -  Levandovski
XƏBƏR 25 Yanvar 2017 / 18:35 4755
-  A +

"Bavariya"nın futbolçusu Robert Levandovski "Real"a keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, polşalı hücumçu İspaniya mətbuatına açıqlamasında "Bavariya"dan ayrılmaq fikrində olmadığını deyib:

"Real" və "Barselona"ya keçməyim karyeramda irəli atılmış addım sayıla bilməz. Onsuz da dünyanın ən güclü klublarından birindəyəm. Burda bütün çempionluqları qazana bilərəm. Üstəlik, Münhendə çox rahatam".

Qeyd edək ki, 30 yaşlı futbolçu 2014-cü ildən "Bavariya"da çıxış edir.

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner