Leskott yenidən İngiltərə Premyer Liqasında

Leskott yenidən İngiltərə Premyer Liqasında
XƏBƏR 24 Yanvar 2017 / 21:18 3494
-  A +

İngiltərə millisinin sabiq futbolçusu Joleon Leskottun yeni klubu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi İngiltərə Premyer Liqası təmsilçisi "Sanderlend"ə transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. O, mövsümün sonuna kimi "Sanderlend"də çıxış edəcək.

Qeyd edək ki J.Leskott bundan əvvəl İngiltərinin "Everton" (2006-2009), "Mançester Siti" (2009-2014), "Vest Bromviç (2014-2015), "Aston Villa" (2012-2016) klublarında oynayıb. O, son olaraq Yunanıstanın "AEK" klubunun şərəfini qoruyub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner