Demba Ba “Beşiktaş”a qayıdır

Demba Ba “Beşiktaş”a qayıdır
XƏBƏR 24 Yanvar 2017 / 19:31 4850
-  A +

“Beşiktaş” klubu heyətinə yeni futbolçu cəlb edir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi sabiq futbolçusu Demba Banı geri qaytarır.

Çinin “Şanxay Şenxua” klubunun futbolçusu yaxın günlərdə İstanbula gedərək tibbi müayinədən keçəcək. “Beşiktaş”ın seneqallı hücumçunu mövsümün sonuna qədər icarəyə götürəcəyi bildirilir.

Qeyd edək ki, 2014-cü ildə “Çelsi”dən transfer olunan 31 yalı futbolçu 2015-ci ildə Çin klubuna satılıb. O, "qara qartallar"ın heyətində 44 oyuna 27 qol vurub.

Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner