“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov bu gün sosial şəbəkədəki hesabından maraqlı paylaşım edib.
Qol.az-ın xəbərinə görə, klub rəsmisi futbol akademiyasına yönələn ittihamlara cavab verib. Kərimov “Qəbələ”nin akademiyasında bəzi şəxslərin özlərindən, qohumlarından rüşvət istənildiyi iddiasına münasibət bildirib.
Onun fikirlərini təqdim edirik:
“24 gün əvvəl idi; yeni il girməyə hazırlaşırdı. Araz Abdullayevi transfer etməyimiz haqda xəbərləri oxuyanda qarşıma Avropa Liqaları səhifəsində Arazın şəkli və altında birbaşa akademiyaya yönələn ittihamlar çıxdı.
Emin Talıbov adlı istifadəçinin başlatdığı mövzuda Nazim Qafarov, Anvar Anvarli və s. “feysbuk” hesabı sahiblərinin rəylərini oxudum. "Qəbələ" Futbol Akademiyasında onlardan və ya qohumlarından, dostlarından rüşvət istənildiyini iddia edirdilər.
Emin, Nazim və Anvar bəylərə bütün hörmətimlə (lətifəsi sizlərdən uzaq), trabzonlu məşqçi Mustafa Akçayın "TRT Spor"un efirində: "Trabzonspor"u yönətənlər 15-30 yaş arasında sanal aləmdə ağıl verən kütlədən özlərini qurtarmaq məcburiyyətindədirlər. Altına işəyən insanların verdiyi ağılla klub idarə etmək, plan, layihə inkişaf etdirmək olmaz" - sözləri yadıma düşdü.
Amma yan keçə bilmədim. Emin Talıbov dostundan 12, Nazim Qafarov isə onun özündən 7 min manat istənildiyini yazmış, Anvar Anvarli xalası oğlunun da başına belə iş gəldiyini bildirmişdi. Sonuncu digər ikisindən fərqli olaraq ittihamını ünvansız qoymuş, konkret olaraq "Qəbələ" Futbol Akademiyasına yönəltməmişdi. İttihamlar ciddi olduğuna görə, statusa rəy yazdım və xahiş etdim ki, rüşvət istəyənin kim və ya kimlər olduğunu tutarlı şəkildə bildirsinlər, mən də həmin şəxsi ictimaiyyət qarşısına çıxaracam, işdən azad edilməsinə nail olacam və bir daha futbol sahəsində işləyə bilməməsi üçün əlimdən gələni edəcəm.
Həmin 3 şəxsə mesaj vasitəsilə əlaqə nömrəmi də göndərdim. Onlardan yalnız Emin Talıbovla danışmaq qismət oldu; “feysbuk” vasitəsilə. Dedi ki, bu hadisə dostumun başına gəlib, o, Azərbaycanda deyil, zəng vurmağın da mənası yoxdu, heç kim qorxusundan ad verməz, o heç dostum da deyil, yaxın bir insandı, o yalan deyirsə, bəs digər rəy yazanlar da yalan deyirlərmi və s. Belə məsləhət verdi ki, kənardan bir nəfəri tutub aparın akademiyaya, baxışdan keçsin, keçərsə, ondan da pul istəyəcəklər. Akademiyanın hər seçiminə 500-1000 yeniyetmə gəldiyini, 9 seleksionerimizin bütün bölgələrdə futbolçu axtardığını, futbolçu götürmək üçün son qərarı texniki direktorumuz Halim Fıçıcının verdiyini, onun təsdiqi olmadan heç bir futbolçunun götürülmə və ya çıxarılma, Halim Fıçıcıcın da rüşvət alma ehtimalının olmadığını, digər rayonlardan akademiyaya cəlb olunan 80-90 futbolçunun əksəriyyətinin kasıb ailələrdən gəldiyini bildirdim və söhbəti çox uzatmadığımı zənn etdim, yekunlaşdırdım. Emin Talıbovdan tutarlı heç bir cavab ala bilməyəcəyim aydın oldu.
Bir gün sonra səhifənin admini əvvəlcə şəklin altından mənim rəyimi, sonradan, deyəsən, şəkli tamamilə sildi (amma məndə xeyli skrinşot qalır). Anvar Anvarli və Nazim Qafarov müraciətimə cavab vermədilər. Nazim Qafarova bu gün də yazdım, çünki ittihamı daha dəqiq və ünvanlı idi. Ümid edirəm ki, özündə cəsarət tapacaq və rüşvət istəyənin kim olduğunu, nə vaxt, harada istədiyini mənə deyəcək. Əks halda, onun da əsassız danışdığı məlum olacaq.
Bu kiçik olayın tarixçəsini bura yazmağımın səbəbi adları çəkilən “feysbuk” istifadəçilərini haqsız çıxartmaq yox, içimdə yaranan şübhəyə aydınlıq gətirmək istəyi oldu. Akademiyamızın məşqçilərinə, seleksionerlərimizə, ot mütəxəssislərindən mühafizəçilərə qədər hər kəsə inamımız böyükdü, lakin hamıya cavabdeh ola bilmərik.
Dostluğumda xeyli əlaqədar şəxs var: 100-dən çox media mənsubu, məşqçilər, futbol fuksionerləri, futbolçular, valideynlər və s. Əgər kimsə buna bənzər bir hadisə eşidib və ya yaşayıbsa, mütləq mənə bildirsin, tələb edərsinizsə, konfidensiallığı nəzərə alacağımıza əmin olun. Həmçinin, bu müraciəti mümkün qədər ictimailəşdirin ki, heyətimizdə bizim prinsiplərə zidd gedən əməkdaşlar varsa, onları aşkarlayaq. Hansısa məşqçi rəhbərlikdən gizli şəkildə rüşvət ala (çox müxtəlif yolları var və sadə yolları var), inzibatçı və ya mühafizəçi özünü başqa vəzifənin sahibi kimi təqdim edib valideynə yaxınlaşa və ya hər hansı kənar şəxs
"Qəbələ" Futbol Akademiyasının adından sizlərdən pul tələb edə bilər. Belə hallara qarşı birlikdə, cəsarətlə mübarizə aparmaq lazımdır!
Belə məsələlərin olduğuna inanmaq istəmirəm və ümid edirəm ki, heç vaxt müraciət edən olmayacaq, amma istənilən vaxt dinləməyə, araşdırmağa, cəzalandırmağa və cəzalanmağa hazıram".
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi